Trump-ın prezidentliyə namizədliyi rəsmiləşdi

Donald Trump Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədliyini qəbul edib. O, iyulun 21-də partiyanın qurultayında deyib ki, ölkə böhran anıyla üz-üzədir.
Milyarder biznesmen olan Trump-ın yüksəlişi ABŞ siyasi sistemini silkələyib. O, Ohayo ştatının Klivlend şəhərində keçirilən qurultayda deyib ki, prezident seçilərsə, ölkədə “hüquq və asayişi” bərpa edəcək. Trump-ın sözlərinə görə, “polisə hücumlar və terrorçuluq həyatımıza təhlükə yaradır”.
“Bu təhlükəni diqqətə almayan istənilən siyasətçi ölkəmizə rəhbərlik etməyə layiq deyil”, Trump söyləyib.
Noyabrın 8-də keçiriləcək seçkidə Trump-ın rəqibi demokratlardan partiyasından Hillary Clinton olacaq.
Partiyanın 4 günlük qurultayı Trump-ın tərəfdarları ilə opponentləri arasında gərginlik şəraitində keçib.