Türkiyə Avropa İnsan Hüquqları Konvensiyasından imtina edir

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Ankarada jurnalistlərə 15 iyul çevrilişə cəhd və fövqəladə vəziyyət elan edilməsi ilə bağlı açıqlama verib.
Kurtulmuş deyib ki, hazırda əsas iş çevriliş hətaya keçirmək istəyənlərin hamısın tapılması və təxritabların tam aradan qaldırılmasıdır: “ikinci işimiz köklü problemləri ortaya çıxarmaq və bu məsələdə atılması vacib olan addımları müəyyənləşdirməkdi”.
3 aylıq fövqəladə vəziyyət qərarından da danışan baş nazirin müavini “Fövqəladə vəziyyəti ən qısa vaxtda bitirmək istəyirik. Şərtlər normal davam etsə, ən çox. 1 ay, ay yarım davam edəcəyini düşünürük, ümid edirəm uzatmağa ehtiyac qalmaz” deyib.
Həmçinin, Kurtulmuş bildirib ki, fövqəladə vəziyyətin davam etdiyi müddətdə Avropa İnsan Haqları Konvensiyasının tətbiqi dayandırılacaq: “Bu elan ediləcək, fövqəladə rejim dövlətin içindəki cinayətkar dəstəni təmizləməyə yönəlib”.