Türkiyədə 3 agentlik, 16 televiziya, 23 radio, 45 qəzet bağlanıb

“Fövqəladə hal çərçivəsində həyata keçirilməsi vacib olan tədbirlərlə bəzi qurum və quruluşlara dair dəyişikliklərin edilməsi haqqında qanun hökmündə qərarnamə” Rəsmi Qəzetdə yayımlanıb.
Fövqəladə hal qərarıyla çox sayıda mətbuat və yayım orqanı bağlanıb. Bağlanan qəzetlərin arasında Zaman və Taraf qəzetləri də var.
Nazirlər Kabineti tərəfindən fövqəladə vəziyyət çərçivəsində verilən qərarla 3 xəbər agentliyi, 16 televiziya, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat və yayım evinin fəaliyyəti dayandırılıb.