Türkiyədə 42 jurnalist saxlanılıb

Türkiyədə 15 iyul hadisələrindən sonra “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) mənsubu olduğu ehtimal olunan, dövlət idarələrində çalışan məmurlar haqqında yaxalama qərarı çıxarılıb.
Bu gün isə KİV əməkdaşlarına qarşı polis tərəfindən əməliyyat keçirilib. Ankara polisinin yaydığı məlumata görə, 41 jurnalistin saxlanıldığını bildirib. Məşhur jurnalist Nazlı Ilıcak isə ilk görüldüyü yerdə gözaltına alınacaq.
Qeyd edək ki, polis Nazlı Ilıcakın evinə getsə də, onun istirahət üçün Muğla bölgəsində olduğu bildirilib. Jurnalistin axtarılması prosesi davam edir.