Türkiyədə partlayış törədilib, üç polis şəhid olub

Türkiyənin Mardin şəhərində baş verən partlayış nəticəsində 3 polis əməkdaşı şəhid olub.
Hadisə Mardinin Qızıltəpə və Şanlıurfanın Viranşəhər qəsəbələri arasındakı Beynəlxalq İpək yolunda meydana gəlib. İlk əldə edilən məlumatlara görə terrorçular yola quraşdırdıqları partlayıcı qurğunu zirehli polis maşını keçərkən işə salıblar.

Mardində partlayış

Mardin və ətraf bölgələrdən olay yerinə əlavə qüvvələr gətirilib. Terroristlərin axtarışı üçün əməliyyat başladılıb.