Vətəndaşlar küçələrə axışıb, parlamentə bomba atılıb, atışmalar gedir – fotolar (yenilənir)

Ən son məlumatlar yazının yuxarı hissəsində
Saat 9:30 – Baş qərargah rəisi ordu generalı Hulusi Akar Sincanda yerləşən Akıncılar hərbi bazasına təşkil olunan əməliyyatla qiyamçılardan xilas olunub. Akarın təhlükəsiz bir yerə aparıldığı bildirilir. Hulusi Akardan məlumat alınmadığına görə birinci ordu komandanı, ordu-generalı Ümit Dündar baş qərargah rəisi təyin olunmuşdu. Akıncılar bazası Ankaranın 35 km şimal-qərbində yerləşən Türk Hava Quvvələrinin hərbi hava bazasıdır.
Erdoğan: Burdan getmək olmaz
Prezident Erdoğan Atatürk Havalimanında onu qarşılamağa gələn vətəndaşlara səslənib:
“Tankları kimə istiqamətləndirirlər? Helikopterlərlə nəyə atəş açırlar? Bu milləti. Üstümüzdə nələr uçurdu? F-16 qırıcıları uçurdu. Türkiyənin böyüməyini həzm edə bilmirlər. Bu millətin güçlənməsini həzm edə bilmirlər. Burada vəziyyət normallaşana qədər getmək olmaz”. (ardı aşağıda)

 

erdogan-ahl

Saat 8:00 – Ankarada Beştepe adlanan bölgərə yerləşən prezident sarayın (Ak Saray) yaxınlığına təyyarədən bomba atılıb. İlkin məlumatlara görə 5 nəfər həlak olub. 

Saat 7:50 – İstanbulda Boğaz körpüsünü tanklarla bağlayan, hərəkətə imkan verməyən bir qrup hərbçi əllərini yuxarı qaldıraraq təslim olublar. Anadolu Agentliyinin xəbərinə görə hərbçilərin sayı təxminən 50 nəfər olub.
Saat 7:30 – Boğaz körpüsündə çevrilişə cəhd edən hərbçilər tərəfindən tankdan atəş açılıb. Kütləvi ictimai hadisələrə müdaxilə maşını (TOMA) və bir sivil avtomobil vurulub. Bir nəfər həlak olub. Körpünü hərəkətə bağlayan hərbiçilərin gözləntisi davam edir. Günün çıxmasından sonra tank atəşi baş verib. Ara-sıra hərbçilərlə polis arasında silahlı qarşıdurma baş verir.
Saat 7:07 – Verilən məlumatlara görə İstanbul Böyük Şəhər Bələdiyyə binasının qarşısında polislə hərbçilər arasında atışma baş verib. Polis heyətinin “təslim ol!” tələbinə atəşlə reaksiya verilməsindən sonra xüsusi təyinatlı qüvvələr əsgərlərin olduğu yerə əməliyyat başladıb. Əsgərlər tərəfindən vətəndaşların və polis qruplarının üstünə plastik mərmi və qaz bombası atılıb. Hadisə yerində olan çox sayda yaralı təcili yardımlarla xəstəxanalara aparılıb.
Saat 6:53 – Baş nazir Binali Yıldırım çevrilişə cəhd edənlərdən bu vaxtadək 130 nəfərin həbs olunduğunu deyib. Yıldırım qiyamçıların böyük hissəsinin Balıkesir və Ankaradakı hava qüvvələrindən olduğunu açıqlayıb: “Qaçırdıqları helikopter və təyyarələrlə millətimizə zərər verdilər. Təlimat vermişəm, Eskişehir hərbi hava bazasındəki təyyarələr qalxdılar və vuracaqlar”. Baş nazir baş verən atışmalarda general səviyyəsində bir üsyançının da öldürüldüyünü bildirib.
Baş qərargah rəisi ilə bağlı açıqlama
NTV-nin əldə etdiyi məlumata görə, baş qərargah rəisi Hulusi Akar qiyamçı hərbçilərdən xilas edilib.
Eyni zamanda baş qərargahdan yayılan açıqlamada “Baş qərargah rəisinin girov götürüldüyünə dair xəbərlər əsassızdır və vəzifəsinin başındadır” deyilib.
NTV-yə açıqlama verən baş nazir Binali Yıldırım da ordu generalı Hulusi Akar və komandanların vəzifə başında olduqlarını bildirib. Çevriliş cəhdinin əhəmiyyətli dərəcədə qarşısının alındığını deyib.

 

Saat 6:30 – FOX TV-nin açıqlamasına görə, Türkiyə baş prokurorluğundan verilən məlumata görə 42 insan həlak olub.
Parlamendə atılan bombalardan sonra 15 nəfərin xəstəxanaya aparıldığı bildirilir.
Saat 6:13 – Ankarada bir Kobra helikopteri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasına yaxınlaşdı və atəş açdı, eyni zamanda yerdən də qarşılıqlı olaraq gərgin silahlı reaksiya verildi.

 

Erdoğan İstanbulda Atatürk Havalimanında jurnalistlərə açıqlama verib
Receb Tayyib Erdoğan havalimanında jurnalistlərə açıqlamasında: “Silahlı qüvvələrin bir qrup məlum mərkəzə bağlı hissəsi ölkəmizin birliyi, bərabərliyinə qarşı hərəkətə keçiblər. Bununla da ölkəmizin bütün bölgələrində naraharlıq hökm sürür. Və bu milli iradəyə qarşı hərəkətlənmə cəhdidir. Bu hərəkətlənməyə qarşı ölkə konstitusiyası, qanunları çərçivəsində lazımi cavab veriləcək. Ölkə prezidenti olaraq bunu sizə net şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün mənsubları və milli iradənin yanında olan insanlarını şəhərlərimizin meydanlarına çağırıram. Meydanlarda biz xalqımızla əl-ələ olacağıq və bu cəhdi edənlərə lazımi dərsi orda verəcəyik. Eyni zamanda prokurorluq da həmin adamlara qarşı artıq qanuni addımları atmağa, onları həbs etməyə başlayıb. Türkiyə artıq çevrilişlərlə ələ alınacaq ölkə deyil. Və Pensilvaniyadan da idarə olunacaq ölkə deyil” – deyib.
Erdoğan təyyarə ilə İstanbula düşüb
Çevrilişə cəhdin ardından prezident Recep Tayyip Erdoğan Dalaman Havalimanından İstanbula gəlmək üçün Gulfstream G450 tipi TC-ATA təyyarəsi ilə havaya qalxıb. Bir müddət havada tur atan təyyarə biraz əvvəl Atatürk Havalimanına düşüb.
Saat 3:45 – Üsküdar Çevik Polisin qabağına gələn hərbi maşınlar polisin müqavimətinə rast gəlib. Polis hissələri əsgərləri tərk-silah edib və saxlayıb. Bəzi hərbçilərin əlinə tərsinə qandal vurulub.
Hərbçilər Doğan Media Qrupun binasına girib 
Bir qrup əsgər Doğan Medya Center binasına girib. Hərbçilər təhlükəsizlik qüvvələrini zərərsizləşdirib binaya giriblər və CNN Türk televiziyasının yayımını dayandırıblar.
Parlament bir neçə dəfə bombalanıb
Fox TV-nin məlumatına görə, parlament bir neçə dəfə bombalanıb.
MHP-nin millət vəkili Oktay Vural kanala müsahibə verdiyi zaman bir daha parlamentə bir daha bomba atılıb.
CHP millətvəkili Aykut Erdoğdu parlamentə bomba atıldığını, amma heçkəsə zərər dəymədiyini bildirib. Bombanın Türkiyə Böyük Millət Məclisinin qonaqlar üçün olan “Dikmen Kapısı” deyilən yerə düşüb.
Vətəndaşlar küçələrə çıxıb
Türkiyə İstanbul başda olmaqla ölkənin dörd bir tərəfindən hərbi çevrilişə qarşı çıxmaq, demokratiya və cümhuriyyət üçün küçələrə axışıb.
Ankara Polis İdarəsinə hücum, 17 polis həlak olub
Anadolu Agentliyinin məlumatına görə, Ankara Polis İdarəsinə iki dəfə təyyarələr və helikopterlər tərəfindən hücum edilib, atəş açılıb.
Gölbaşı Xüsusi Hərəkat Dairə Başqanlığında baş verən silahlı qarşıdurmada 17 polisin şəhid olduğunu bildirilib.

 

tbmm123-1
Türkiyə parlamentinə atılan bombaların nəticəsi
tbmm123-2
Türkiyə parlamentinə atılan bombaların nəticəsi
tbmm123-3
Türkiyə parlamentinə atılan bombaların nəticəsi