Türkiyədə terror : 2 ölü, 11 yaralı

Türkiyənin Hakkari şəhərdə PKK terrorçularının polis nəzarət məntəqəsinə hücumu zamanı 2 polis ölüb, 10-u polis 11 nəfər yaralanıb.
Əldə edilən ilkin məlumatlara əsasən, terroristlər Van şəhərindən gətirdikləri bomba yüklü maşını Depin polis məntəqəsində partladıblar. Partlayışdan sonra hadisə yerinə ətraf rayonlardan əlavə qüvvələr cəlb olunub.
Bölgədə PKK terror təşkilatına qarşı geniş çaplı əməliyyata başlanılıb.