Baş qərargah rəisi girovluqdan xilas edilib, 2 general, 754 hərbçi həbs olunub

Son məlumatlara görə, baş qərargah rəisi ordu generalı Hulusi Akar Sincanda yerləşən Akıncılar hərbi bazasına təşkil olunan əməliyyatla qiyamçılardan xilas edilib. Akarın təhlükəsiz bir yerə aparıldığı bildirilir. Hulusi Akardan məlumat alınmadığına görə birinci ordu komandanı, ordu-generalı Ümit Dündar baş qərargah rəisi təyin olunmuşdu. Akıncılar bazası Ankaranın 35 km şimal-qərbində yerləşən Türk Hava Quvvələrinin hərbi hava bazasıdır.
Bundan əvvəl, dünən axşam saatlarından İstanbul və Ankarada başlayan hərbi çevrilişə cəhddən sonra haqqında məlumat alınmayan Türk Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akarın əvəzinə 1-ci ordu komandanı Ümit Dündar təyin olunmuşdu.
Ankara cümhuriyyət prokurorluğu isə hadisə ilə bağlı cinayət işi qaldırıb, FETÖ/PYD ilə əlaqəsi olan hakimlərin, prokurorların, generalların, zabitlərin həbsi ilə bağlı qərar açıqlayıb. 29 polkovnik və 5 general daxili işlər naziri tərəfindən vəzifədən azad olunub.
İki general-mayor haqqında həbs qərarı
Hatayda 39. mexaniki briqada komandanı general-mayor Hasan Polat, 6 hərbi personal və Ərzincanda 3. ordu əməliyyat qərargah rəisi general-mayor Ekrem Çağlar həbs olunublar. Çevrilişə cəhd edənlərlə bağlı başladılan cinayət işi çərçivəsində həbslər davam edir.
Ədliyyə naziri Bekir Bozdağ ölkə miqyasında 754 hərbçinin həbs olunduğunu bildirib.
mənbələr: ntv.com.tr / cnn.com.tr / sozcu.com.tr
Əvvəlki məqaləVətəndaşlar küçələrə axışıb, parlamentə bomba atılıb, atışmalar gedir – fotolar (yenilənir)
Növbəti məqalədəTürkiyədə edam müzakirəsi