Avropa İttifaqı Türkiyəni “ölüm hökmü” ilə hədələdi

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib. Yunker bildirib ki, təşkilata qoşulmaq istəyən Türkiyədə ölüm hökmü bərpa edilsə, Avropa İttifaqı illərdir davam edən müzakirələri donduracaq.
Xatırladaq ki, 15 iyul hadisələrindən sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binali Yıldırım ölüm hökmünün bərpasının mümkün olduğunu dəfələrlə vurğulayıb.
Avropa İttifaqına qoşulmaq üçün bütün imkanları yoxlayan Türkiyənin, birliyin verdiyi bu bəyanata hansı cavabı verəcəyi isə maraqla gözlənilir.