Yahoo 5 milyard dollara satılır

Maddi cəhətdən çətin günlər keçirən Yahoo axtarış sisteminin 5 milyard dollar qarşılığında Verizon’a satılacağı xəbərləri yayılıb.

Bloomberg agentliyinin şirkətə yaxın mənbələrə əsaslandırdığı iddiaya görə telekommunikasiya nəhəngi Verizon, Yahoo’nu satın ala bilmək üçün çalışmalara başlayıb.

Yaxın günlərdə satışın gerçəkləşəcəyi və rəsmi xəbərin yayılacağı bildirilir.