“Zaman-Azərbaycan” faəliyyətini dayandırdığını elan etdi

“Zaman-Azərbaycan” qəzeti təsisçiləri Anar Qaraxançallı, Ürfan Məmmədli və Pənah Abdulrahmanlı bəyanat yayıblar. Bu barədə qəzetin redaktoru Anar Qaraxançallı açıqlama verib. Bəyanatın mətni belədir:
Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlağına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik.
Qeyd edən ki, bu gün “Zaman-Azərbaycan” qəzetinin saytının (zaman.az) bağlanmağı barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, “Zaman-Azərbaycan” qəzeti və zaman.az saytı Fəthullah Gülən camaatına yaxınlığı ilə bilinir.

 

MƏNBƏAbzas.net
Əvvəlki məqaləErdoğan Bakıya gəlir
Növbəti məqalədəMilli Şura prezidentin referendum təşəbbüsünün əleyhinədir