Penitensiar Xidmətin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bu ilin ilk 6 ayı ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 102 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Bu haqda məlumatı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş geniş müşavirədə Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov verib.
O.Məmmədov çıxışı zamanı bildirib ki, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb: “Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib”.