Ərdoğan: “Bu, bir alışqanlıqdır”

“Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağımızdan başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”-Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hürriyet”in verdiyi məlumata görə, o, iş adamlarının toplantısında çıxışında bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları qaldırılır: “Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur”.
Avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanlarına xatirəsinə həsr edilmiş demokratiya mitinqi keçiriləcək. Ölkənin bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub.