​İmişlidə növbəti zəlzələ baş verib

İmişli rayonunda yenidən zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 14:30:13-də Beyləqandan 35 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, zəlzələnin maqnitudası 3.0, dərinliyi 28 km olub.