410 şirkət rəhbərinə ölkədən çıxış qadağan edilib

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 410 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 11 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.