94 işıq ili uzaqdan çox güclü siqnal gəldi

Dünyadan 94 işıq ili uzaqda yerləşən Günəşə bənzər bir ulduzun yaxınlığından çox güclü siqnal alınıb. Rus teleskopunun tutduğu siqnaldan sonra  başda ABŞ olmaqla dünyanın hər yerində alimlər diqqətini həmin ulduza yönəldiblər. Əsas müzakirə mövzusu isə “bu siqnal yadplanetlilərdən gələ bilərmi?” sualıdır.
“CNN”-in yaydığı məlumata görə, həmin siqnal, başda italyan astronovt  Claudio Maccone olmaqla bir çox alimin “Dünya xarici  zəka üçün ən güclü namizəd” olaraq adlandırdıqları “HD 16459” adlı ulduzun yaxınlarından gəldi.
Dünyadan kənar həyat mövzusunda araşdırmalar edən “METI International”-ın sədri Douglas Vakoch “CNN”-ə verdiyi açıqlamada, “bu siqnal çox maraqlıdır və Günəşə bənzəyən bir ulduzun yaxınlığından gəlir. Əgər süni bir siqnaldırsa, insanlıqdan qat-qat inkişaf etmiş bir sivilizasiya tərəfindən istehsal edilmiş gücdədir” deyə bildirib.
Sivilizasiyaların inkişaf səviyyəsini Sovet kosmonavt Nikolay Kardaşevin adı ilə bağlı olan ölçü sistemi ilə bəlirlənir. Kardaşev ölçəyinə görə, insanlıq – bir sivilizasiyanın öz planetindəki fərqli enerji mənbələrinin (günəş, külək, fosil yanacaqlar  vəd.) hamısını dəyərləndirdiyi 1-ci növ sivilizasiyadır. “HD 16459”-dan gələn siqnal bir sivilizasiya tərəfindən ötürülübsə, həmin ölçəyə görə bu, 2-ci növ sivilizasiya deməkdir.
Rus teleskopun bu siqnalı tutmasından sonra dünyanın hər yerindən teleskoplar “HD 16459”-u maraqla izləməyə başlayıblar. Californiada yerləşən nəhəng Allen teleskopu hələ siqnalın təkrarına rast gəlməsə də araşdırmalara davam edir.
Kosmosdan bir dəfə gələn ama təkrar etmədiyi üçün sirri açılmayan siqnalların ən məhşuru 1977-ci ildə ABŞ-da qeydə alınıb. Sagittarius ulduzlarından gələn 72 saniyəlik bu siqnalın təbii olma ehtimalı çox az idi. “Wow siqnalı” olaraq bilinə siqnalın alətləridəki nasazlıqdanmı,  yoxsa dünya xarici bir sivilizasiyadanmı gəldiyi sübut edilə bilmədi.