ABŞ Dövlət katibi John Kerry Səudiyyə Ərəbistanına səfər edib

ABŞ Dövlət katibi John Kerry Səudiyyə Ərəbistanına səfər edib.
Onun 16 aylıq Yəmən münaqişəsinə son qoyulması ilə bağlı təkliflə çıxış edəcəyi gözlənilir.
Bu münaqişədə 6500-dən çox adam ölüb ki, onların çoxu dinc sakinlərdir.
Qeyd edək ki, şiələrdən ibarət Huti qiyamçılar və onların müttəfiqləri ölkənin əksər hissəsini tutduqdan sonra, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə hava zərbələrinə başlayıb və bundan sonra Yəmənə quru qüvvələri yeridib. Koalisiya qüvvələri bu münaqişədə Yəmən hökumətinin tərəfini saxlayır.
ABŞ Dövlət katibinin səfər planına əsasən, keçiriləcək ikili görüşlərdə Suriyadakı son durum da müzakirə olunacaq.