ABŞ-ın dron hücumu nəticəsində İŞİD rəhbərlərindən biri öldürülüb

ABŞ dronlarının hücumu zamanı İŞİD-in Əfqanıstan və Pakistandakı cinahının rəhbəri öldürülüb. Bu barədə məlumatı Əfqanıstanın Pakistandakı səfiri verib.
“Mən İslam Dövlətinin Xorasan lideri Hafiz Səid Xanının yüksək rütbəli komandirləri və döyüşçüləri ilə bərabər iyul ayının 26-da Əfqanıstanın Nanqarhar vilayətində öldürüldüyünü təsdiq edə bilərəm”-deyə səfir Ömər Zaxilval bildirib.
Qeyd edək ki, Xan Pakistandakı Taliban qrupunun sabiq üzvü olub. İslam Dövlətinə sədaqətinə and içən Xanın keçən il öldürüldüyü bildirilmiş, lakin xəbər təsdiq edilməmişdi.
ABŞ-ın Əfqanıstandakı koalisiya qüvvvələrinin sözçüsü isə məlumatı təsdiq etməyib.