ABŞ fond bazarında əsas səhmlərdə bahalaşma olub

Amerika fond bazarında Dow Jones indeksi 0,35% – 18 481,48 bəndədək, S&P 500 0,52% – 2 175,44 bəndədək, NASDAQ 0,81% – 5 217,70 bəndədək artıb.
Avropa fond bazarlarında isə FTSE 100 indeksi 0,48% – 6 835,78 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,28% – 10 622,97 bəndədək, Fransa CAC-40-ı 0,32% – 4 435,47 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,30 dollar ucuzlaşaraq 1 329,40 dollara, gümüş isə 0,05 dollar bahalaşaraq 18,61 dollara satılıb.