ABŞ Müdafiə naziri: Türkiyə PYD ilə savaşmasın

ABŞ Müdafiə naziri Ashton Carter, Suriyanın şimalındakı mübarizənin İŞİD-ə qarşı aparılmasını lazım olduğunu, Türkiyədən də bunu istədiklərini söyləyib. Carter ayrıca YPG-nin Fərat çayının şərqinə çəkildiyini də qeyd edib.
ABŞ Müdafiə naziri Carter, Hindistan Müdafiə naziri Manohar Parrikar ilə Pentaqonda görüşdükdən sonra təşkil edilən ortaq mətbuat konfransında, Suriyanın Cerablus bölgəsindəki “Fırat Kalkanı” hərəkatı ilə əlaqədar sualları cavablandırıb.
Türkiyədən YPG liderliyindəki Suriya Demokratik Qüvvələri (SDG) ilə mübarizə aparmamasını istədiklərini dilə gətirən Carter, əsas hədəfin İŞİD olduğunu bildirib.
Ashton Carter, ABŞ Silahlı Qüvvələrinin rəhbəri Cozef Dunfordın bu mövzuda Türkiyə Silahlı Qüvvələri başçısı Hulusi Akar ilə bazar günü danışdığını, özünün də Müdafiə naziri Fikri Işık ilə gələcək həftə ətraflı müzakirə aparacağını deyib.