ABŞ səfiri REAL-ın İdarə Heyəti üzvləri ilə görüşüb

Avqustun 17-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfir müavini William R. Gill, səfirliyin siyasi şöbəsinin müdiri Zia Syed, səfirin siyasi işlər üzrə müşaviri Susan Chesly ilə REAL Hərəkatının İdarə Heyətinin üzvləri Erkin Qədirli və Rəsul Cəfərov arasında görüş baş tutub.
REAL təşkilatının rəsmi saytında görüş ilə bağlı məlumat verilib: “Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, REAL-ın lideri İlqar Məmmədovun qanunsuz həbsdə saxlanılması, REAL-ın icra katibi Natiq Cəfərlinin, Nəsimi-Səbail məclis başqanı Toğrul İsmayılovun və Binəqədi məclisinin başqan müavini Elşən Qasımovun qanunsuz həbsi, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum və digər siyasi məsələlər müzakirə edilib”