ANS Milli Televiziya və Radio Şurasını məhkəməyə verib

“ANS” Müstəqil Yayım və Media Şirkəti yayımının dayandırılmasına görə Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.
Verilən şikayətə avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, “ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.