“Avropa İttifaqının vahid ordusu yaradılmalıdır”

Çexiyanın Baş naziri Boquslav Sobotka Avropa İttifaqının (Aİ) vahid ordusunun yaradılmasının vacibliyi haqda danışıb.
Baş nazir bildirib ki, Aİ-nin vahid Silahlı Qüvvələrinin yaradılması təşkilatın xarici sərhədlərinin daha güclü qorunması üçün labüddür: “Gələcəkdə birgə ordu olmadan Avropa keçinə bilməyəcək”.
B.Sobotka çıxışının yekununda deyib ki, payızda Aİ ordusunun formalaşdırılması üzrə planın icrasında xeyli irəliləyiş gözlənilir.