Avropa Olimpiya Komitələrinin prezidenti həbs edilib (fotolar)

Avropa Oyunlarının bağlanış mərasimi - 28 iyun, 2015 - Bakı, Azərbaycan
Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib, Braziliya mediası xəbər verir.
BBC-nin məlumatına görə bu, “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır. 71 yaşlı Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.
Polisin bildirdiyinə görə, onlar cənab Hickey-ni həbs etməyə gələndə o, qaçmağa cəhd edib. Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir. Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur. (ardı aşağıda)
hickey
Braziliya mediasının məlumatına görə, Patrick Hickey-nin həbsi, Olimpiadanın açılış mərasimi günü həbs olunan İrlandiya vətəndaşı Kevin James Mallon-un həbsilə əlaqəlidir.
Cənab Hickey həmçinin İrlandiya Olimpiya Şurasının (İOŞ) prezidentidir.
Cənab Mallon THG Sports şirkətinin direktorudur. İddia olunur ki, qonaqpərvərlik sənayesində fəaliyyət göstərən bu şirkət Rio 2016 üçün biltetləri qanunsuz satıb.
Avqustun 5-də cənab Mallon Rioda bir kişi 800 bahalı biletlə yaxalanıb.
İOŞ bəyanatında deyilir ki, Patrick Hickey ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardırlar lakin “əlavə şərh verməkdən öncə məsələnin tam aydınlaşmasını istəyirik”.
Polis şübhələnir ki, biletlər hərəsi $7,800-a satılacaqdı (12 700 AZN).
THG deyib ki, cənab Mallon biletləri satmayıb və satmaq niyyətində olmayıb, sadəcə İrlandiyada biletləri satmağa icazəsi olan Pro 10 Management şirkətinin müştəriləri üçün bu biletləri saxlayırdı.
Cənab Hickey 2006-cı ildə Avropa Olimpiya Komitələrinin rəhbəri seçilib, İOŞ rəhbəri kimi isə 1989-cu ildən fəaliyyət göstərir.
Bundan başqa o, 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin idarə heyətinin üzvüdür.
patrick patrick hickey avropa oyunları