Avropa Parlamenti Azərbaycandakı repressiyaları müzakirə edir

Bu gün Brusseldə, Avropa Parlamentində üçüncü ölkələrdə insan hüquqları və korrupsiya mövzusunda dinləmə keçirilir.
Dinləmədə Sport for Human Rights Coalition (İnsan hüquqları naminə idman koailisiyası) koordinatoru Rebeka Vinsent çıxış edəcək. O, bu barədə özünün twitter hesabında yazıb.
Dinləmələrdə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək. Vinsent hesab edir ki, Avropa İttifaqı Azərbaycan hökumətini daha sərt şəkildə insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə çağırmalıdır.
“İnsan hüquqları naminə idman” kampaniyasının fəalları Azərbaycanda bu ilin mart-may ayında bir çox siyasi, ictimai fəallar azadlığa çıxsa da, vəziyyətin, demək olar ki, dəyişmədiyini hesab edirlər.
Son vaxtlar yeni həbslər həyata keçirilib. Bu, Azərbaycan prezidentinin Konstitusiyaya dövlət başçısının səlahiyyətlərini gücləndirən düzəlişlər üzrə referendum təşəbbüsü irəli sürməsindən sonra baş verib.