Avstriya XİN-dən Ankaraya sərt cavab

Avstriya xarici işlər naziri Sebastian Kurz:  “Ankara ifadələrini düzgün seçsin”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Avstriyanı “radikal irqçiliyin paytaxtıdır” ittihamına Avstriya xarici işlər nazirindən cavab gecikmədi.
“Mən Türkiyənin Avstriyaya qarşı yönəltdiyi bu ittihamı qətiyyən rədd edirəm. Bundan sonra da rəsmi Ankaranı işlətdiyi ifadələri, daxildə atdığı addımları yumuşaltmağa və üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıram” deyə Kurz bildirdi.
Xatırladaq ki, Avstriyanın baş naziri Christian Kern ötən günlərdə Türkiyənin Avropa Birliyinin demokratik və iqtisadi tələblərinə cavab vermədiyini irəli sürərək müzakirələrin dayandırılmasını təklif edəcəyini bildirmişdi.
MƏNBƏReuters
Əvvəlki məqaləSadəcə din adamı olmayan Fəthullah Gülən
Növbəti məqalədəAvroliqanın və Çempionlar Liqasının püşkü atıldı