AXCP fəalı azadlığa çıxdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalı avqustun 29-da azadlığa buraxılıb.
M.Rzalı avqustun 12-də saxlanılaraq, polisə müqavimətdə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası almışdı. Ancaq onun vaxtından əvvəl buraxılmasının səbəbi izah edilmir.
Cəbhəçi fəal saxlanarkən partiya yoldaşları bunu onun sosial şəbəkələrdəki statusları ilə izah etmişdilər