Azərbaycan olimpiadada daha bir medal qazanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları çərçivəsində Valentin Demyanenko gümüş medl qazanıb.
Yarışların 13-cü günündə kanoeçimiz V.Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılıb.
Təmsilçimiz yürüşün yekununda ikinci olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, bu nəticə ilə Azərbaycan kanoe idman növü üzrə ilk Olimpiya medalını qazanıb.