Azərbaycan Olimpiadada növbəti dəfə gümüş medal qazanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Mariya Stadnik gümüş medal qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Stadnik final görüşündə Yaponiya təmsilçisi Tosaka ilə qarşılaşıb. Həlledici oyuna kimi digər rəqiblərini asanlıqla sıradan çıxaran güləşçimiz son saniyələrdə qədər irəlidə olmağına baxmayaraq məğlub olub – 2:3.
Beləliklə, Azərbaycan yığması Rio Olimpiadasında növbəti gümüş medalını əldə edib.