Azərbaycanda daha iki bank bağlanıb

“Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  2016-cı il 16 avqust tarixli qərarı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub”.
Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.
Fond lisenziyası ləğv edilmiş “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin ləğvedicisi elan edilib.
Xatırladaq ki, 2016-cı il iyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Direktorlar Şurası “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Beləliklə bu ilin iyul-avqust aylarında bağlanan bankların sayı 6-ya çatıb.