Azərbaycanda dollar qıtlığı yaşanır – Bloomberg

ABŞ-da dərc olunan nüfüzlu qəzetlər biri olan “Bloomberg” Azərbaycan manatının vəziyyəti haqqında məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, Azərbaycanın milli valyutası olan manatın dəyərinin yüksəlməsi üçün dövlət səfərbər olub. Banklar dollarla edilən əməliyyatları ya dayandırıb, ya da sıfırlayıb. Ruslan adlı iş adamının dediyinə görə, son 4 gündə ehtiyacı olan 500 dolları yığa bilməyib.
“Bloomberg” qeyd edir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin düşməsi ilə çətin günlər yaşayır. Keçmiş Sovet ölkələri içində Tacikistandan sonra dollar qarşısında ən çox dəyər itirən valyuta da məhz manat oldu. Ölkədə keçən il manat iki dəfə devalyasiyaya məruz qalarkən, ötən cümədən bəri dollarla edilən bütün bank əməliyyatları ya dayandırlıb, ya da 100 ilə 500 dollar arasında edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası sədrinin müavini Rüfət Abbasovun “Bloomberg”ə verdiyi açıqlamada “biz bankların dollar satmağına qarışa bilmərik, bu onların verəcəyi qərardan asılıdır” deyə bildirib.
“Standard&Poor’s”-un hesabatına görə isə Azərbaycanda təsərrüfatın 80%-i dollarla qarşılanır.
“Bloomberg” yazır ki, Azərbaycan manatı 2015-ci ildə dünyada ən çox dəyər itirən valyuta oldu. Bu il ərzində isə hələ ki, 7% dəyər itirib. Cümə günü banklar 1 dolları 1.6825 manatla dəyişirdi. Azərbaycan Mərkəzi Bankı isə keçən ilki dollar rezervinin 2/3-ni manatnı dollar qarşısında daha da çox dəyər itirməməsi üçün xərcləyib.
“Azərbaycan Respublikası Dövlət Neft Fondu həftədə 2 dəfə banklara auksionla 50 milyon dollar satsa da bazardakı ehtiyacı qarşılaya bilmir. Azərbaycan Mərkəzi Bankı isə bu il ərzində manata olan güvəni artırmaq üçün uçot dərəcəsini 3 dəfə qaldıraraq 2008-ci ildən bu tərəfə ən yüksək həddə çıxardıb”, – deyə məqalədə bildirilir.