“Azadlıq” qəzetinin yayım direktoru polisə aparılıb

Bu gün polis “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlini saxlayıb. Bu barədə qəzetin redaktoru Rahim Hacıyev məlumat verib. O bildirib ki, F. Əmirli səhər 20-ci sahədə yerləşən evinin yanından aparılıb. “Hazırda evdə axtarış aparmaq üçün polislər gəlib” deyə o qeyd edib.
F.Əmirlinin hansı polis bölməsinə aparıldığı məlum deyil.
Xatırladaq ki, iyulun əvvələrində Faiq Əmirli təqib olunduğunu xəbər vermişdi. O, işə gələrkən naməlum şəxslərin qara rəngli, 90 CD 674 nömrə nişanlı “Hyundai Accent” markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Təqiblər təkrarlandıqca “Azadlıq”ın rəhbərliyi Daxili İşlər Nazirliyini məlumat vermişdi.
MƏNBƏMeydan Tv
Əvvəlki məqaləBağlanan bankların əmanətçilərinə kompensasiyaların yarıdan çoxu ödənilib
Növbəti məqalədəMSK sədri: ” Heç kimin referenduma qeyri-ciddi yanaşmağa mənəvi haqqı yoxdur”