Bədavi Hüseynov da sıradan çıxdı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
Bədavi Hüseynov (“Qarabağ”) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.
Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.
Xatırladaq ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.
MƏNBƏabzas.net
Əvvəlki məqaləAzərbaycanda daha 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
Növbəti məqalədəQurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq