Bəxtiyar Hacıyevin məhkəməsi 16 avqusta təxirə salındı

Məhkəmə Bəxtiyar Hacıyevin işi üzrə müdafiə tərəfinin vesatətini təmin edib və kamera görüntülərin tələb edilməsi barədə qərar qəbul edib. Bu barədə vəkil Cavad Cavadovun məlumat yayıb. Vəkil məhkəmənin sabaha qaldığını qeyd edib.
Bəxtiyar Hacıyev Yasamal rayon məhkəməsinə aparılır.
Bu barədə o özü məlumat verib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, bu maddə ilə ittiham olunan şəxsi əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
***
Bəxtiyar Hacıyevin işi 27-ci poli s bölməsindən məhkəməyə göndərilir. Bu barədə B.Hacıyevin özü məlumat verib. O bildirib ki, hazırda sənədlərin hazırlanmasını gözləyir. Sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.
***
Onun zorla polis bölməsinə aparıldığı bildirilib
Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Yasamal rayonu 27-ci polis bölməsindədir.
Bu barədə B.Hacıyev yaxın dostlarına telefonla məlumat verib. Onun zorla polis bölməsinə aparıldığı bildirilib. Ancaq saxlanılmasının motivi bilinmir.
DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib.
Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan olunub.
B.Hacıyev  4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.