Bakıda “Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya” enerji halqasının yaradılması müzakirə olunub

Paytaxt Bakıda “Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya” enerji halqasının yaradılması barədə texniki şərtlər müzakirə olunub.
Müzakirələrdə Rusiyanın “Rosseti”, “İnter RAO”, “Gürcüstanın Dövlət Elektrik Sistemi”nin və “Azərenerji” ASC-nin rəsmiləri iştirak edib.
Tədbirdə həmçinin sözügedən halqa vasitəsilə elektrik enerjisinin nəqlinin tənzimlənməsi mexanizmi müzakirə edilib.
Tərəflər yuxarıda qeyd edilən məsələlərlə bağlı informasiya mübadiləsinin aparılmasına dair razılıq əldə edib.