Boş yerlərə qəbul olan abituriyentlərin qeydiyyatı sabah başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sabah – 31 avqust saat 17:00-da başa çatacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 30 avqust saat 12:30-a olan məlumata əsasən, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Avqustun 31-i saat 17:00-dək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.