Böyük Britaniya Natiq Cəfərlinin həbsindən narahatdır

Böyük Britaniya hökuməti REAL hərəkatının icra katibi Natiq Cəfərlinin və son zamanlar bir sıra siyasi müxalif şəxslərin həbs olunmasından narahatdır.
Bu barədə Böyük Britaniya hökumətinin Avropa və Amerika naziri Alan Duncanın bəyanatında deyilir.
“Mən Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, insan haqları və qanunun aliliyi sahəsində göstəricilərini artırmağa çağırıram”, – deyə bəyanatda bildirilir.