BVF Misirə 12 milyard dollar kredit ayırır

BVF açıqlamasında Misir Mərkəzi Bankının valyuta ehtiyatlarını artırmaq və inflyasiyanı təkrəqəmli həddə salmağı hədəflədiyinə işarə edilib.
Kreditin verilməsi üçün BVF icra komitəsinin də qərarı təsdiqləməsi lazımdır. Misirin bu kredit razılaşması çərçivəsində vergiləri artırmağı, ya da subsidiyaları azaltmağı gözlənilir.(ardı aşağıda)
Photo: Reuters
Photo: Reuters
Sisinin çevrilişi iqtisadiyyatı da vurub
Misir prezidenti Abdulfəttah Sisi 2013-də rəhbərliyə gələndən sonra Misir iqtisadiyyatında iqtisadi problemlər artıb.
Sisi rejimini dəstəkləyən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ayırdığı milyardlarla dollar sərmayəyə baxmayaraq Misir valyutası dəyər itirib.
Misir korrupsiya reytinqində də dünyada ilk sıralarda gəlir.