Clinton: “Partiyamızın serverini Rusiya xüsusi xidmət orqanları sındırıb”

ABŞ prezidentliyinə namizədliyini verən Clinton Rusiya ilə bağlı növbəti açıqlamalar edib. Clinton çıxışı zamanı Demokratlar Partiyasının Milli Komitəsinin serverinin sındırılmasında Rusiya xüsusi xidmət orqanlarını ittiham edib: “Biz bilirik ki, serveri Rusiya xüsusi xidmət orqanları sındırıb və ələ keçirilən məktubların bir çoxunun dərc olunmasına şərait yaradıblar”.
Clinton yekun hissədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan rəqibi Donald Trump-ı Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəklədiyinə görə tənqid edib.