Clinton və Trump 538 seçicinin 270 səsi uğrunda mübarizə aparır

ABŞ prezidentliyinə namizədlər partiyalarından rəsmi nominasiya əldə etsələr də, onların Seçki Kollegiyasının dəstəyinə ehtiyacı var.
Həm sabiq dövlət katibi Hillary Clinton, həm də respublikaçı namizəd Donald Trump 538 seçicinin 270 səsini qazanmaq uğrunda mübarizə aparır.
Son ictimai rəy sorğularına görə, Hillary Clinton 4 əsas ştatda Trump-a üstün gəlir. Klinton Miçiqan ştatında 15, Nyu Hempşirdə 9, Pennsilvaniyada 11, Floridada isə 6 xalla irəlidədir.

clinton1

Bu ştatların hər birində kampaniya aparan Trump Ağ Evdə dəyişiklik edəcəyinə ümid bəsləyir. İlk qadın prezident olacağına ümid edən Clinton-un şansı böyük olsa da, aşılmaz deyil.
Clinton-un 270-dən çox səs əldə etmək ehtimalı güclüdür
Orta hesabla rəylər Clinton-a Trump-dan 6 xal irəlidə olduğunu göstərir. Rəy sorğuları respublikaçıların Trump-dan narazılıqlarını bildirməsindən sonra keçirilib.
Belə ki, oğullarını İraq müharibəsində itirən müsəlman Xızr və Qazala Xanların Donald Trump-a müraciətindən sonra onun cavabı respublikaçılar arasında prezidentliyə namizədin ictimai qınağına yol açıb.
Siyasi təhlilçi Emi Uolter hesab edir ki, Clinton-un 270-dən çox səs əldə etmək ehtimalı güclüdür.

trump

2010-cu ildə Kaliforniya ştatının qubernatorluğu yarışlarında məğlubiyyə uğrayan Meq Uitmanın New York Times-a bildirdiyinə görə, o, prezidentliyə demokrat namizəd Hillari Clinton-a dəstək verəcək və ona maliyyə yardımı toplayacaq.
Nyu Yorkdan respublikaçı nümayəndə Riçard Hanna Donald Trump-ı qeyri-səmimi demoqoq adlandırıb. O da Clinton-a dəstək verdiyini vurğulayaraq, Trump-ın Xanlar haqda dediklərinə qəzəbini ifadə edib.
Xatırladaq ki, Trump ananın susduğunu irəli sürərək, onun danışmağa icazəsi olmadığını deyib.