Coca-Cola zavodunda 50 mln avroluq kokain tapılıb

Coca-Cola zavodunda bazar qiyməti 50 milyon avro olan 370 kiloya yaxın kokain tapılıb.
Narkotikin Cənubi Amerikadan göndərilən bir konteynerdəki portağal suyu çantalarında gizlədilmiş şəkildə olduğu bildirilib.
BBC-nin məlumatına görə, Fransanın cənubunda yerləşən Signes kəndində tapılan kokainlə bağlı araşdırma başladılıb. Zavodda işləyənlərin hadisə ilə əlaqəsinin olmadığı açıqlanıb.
370 kiloqram narkotik Fransada bir dəfədə ələ keçirilən ən böyük miqdardı. Toulon müstəntiqi Xavier Taraneux tapılan narkotikin bazar qiymətinin 50 milyon avro olduğunu deyib.
“Coca-Cola”nın region üzrə məsul şəxsi Jean-Denis Malgras yerli internet saytı Var-Matin-ə verdiyi açıqlamada “araşdırmanın ilk nəticələri zavodda işləyənlərin hadisə ilə əlaqəli olmadıqlarını göstərib” deyib.