Dollar 1,60 manat səviyyəsinə yaxınlaşır

Azərbaycan Mərkəzi Bankı avqustun 5-i üçün manatın dollara nisbətdə rəsmi məzənnəsini 1,598 səviyyəsində (1,5947 idi) müəyyən edib. Yəni, manat yenə də 0,2% ucuzlaşıb.

Bu temp artıq bir aydan çoxdur ki, müşahidə olunur. Bu o deməkdir ki, növbəti dəfə məzənnə bir dollara görə 1,60 manat həddinə keçəcək.