Dünya fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,12% – 18 529,42 bəndədək, S&P 500 0,06% – 2 182,64 bəndədək ucuzlaşıb, NASDAQ 0,12% – 5 244,60 bəndədək artıb.
Avropa fond bazarlarında isə FTSE 100 indeksi 0,44% – 6 828,54 bəndədək, Almaniya DAX-ı 0,47% – 10 494,35 bəndədək, Fransa CAC-40-ı 0,24% – 4 389,94 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,20 dollar ucuzlaşaraq 1 342,20 dollara, gümüş isə 0,11 dollar bahalaşaraq 18,97 dollara satılıb.