Dünya fond bazarlarında əsas indekslər ucuzlaşıb

Dünya fond bazarlarında əsas indekslərdə ucuzlaşma baş verib.
Amerika fond bazarında Dow Jones indeksi 0,49% – 18 313,77 bəndədək, S&P 500 0,64% – 2 157,03 bəndədək, NASDAQ 0,90% – 5 137,73 bəndədək azalıb.

Avropa fond bazarlarında isə FTSE 100 indeksi 0,73% – 6 645,40 bəndədək, Almaniya DAX-ı 1,80% – 10 144,34 bəndədək, Fransa CAC-40-ı 1,84% – 4 327,99 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,80 dollar azalaraq 1 370,80 dollara, gümüş isə 0,01 dollar azalaraq 20,69 dollara satılıb.
MƏNBƏAPA
Əvvəlki məqaləSudan Fətullah Gülənin məktəblərini bağlayacaq
Növbəti məqalədə“Qarabağ” Çempionlar Liqası ilə erkən vidalaşdı – Video