Eks-prezidentin ölümündən 16 il keçir – fotolar

22 avqust Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfat etdiyi gündür.
Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Əliyev 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.
Xarici ezamiyyətdən sonra 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ildədək azadlıqdan məhrum edilib. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).
O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 1992-ci ildə Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə ilk dəfə prezident seçilib.
1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

elçibəy elçibəy elçibəy

elçibəy elçibəy

Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.
Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.

 

Misir. 1963-cü il. Sağdan birinci Elçibəydir.

Elçibəy anası Mehrinisə ana ilə. Kələki. 1980-ci il.
Elçibəy anası Mehrinisə ana ilə. Kələki. 1980-ci il.
Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il.
Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il.
1989-cu ilin mtinqlərindən biri - Əbülfəz Elçibəy və Nemət Pənahlı
1989-cu ilin mtinqlərindən biri – Əbülfəz Elçibəy və Nemət Pənahlı
Soldan: Bəxtiyar Vahabzadə, Turan Yazqan, Elçibəy, Nihat Çətinqaya - Elçibəyə "Türk ocaqları"nın Atatürk ödülü verilməsi ilə bağlı ziyafət
Soldan: Bəxtiyar Vahabzadə, Turan Yazqan, Elçibəy, Nihat Çətinqaya – Elçibəyə “Türk ocaqları”nın Atatürk ödülü verilməsi ilə bağlı ziyafət
28 may 1991-ci il, etiraz yürüşü.
28 may 1991-ci il, etiraz yürüşü.
29 avqust 1991-ci il, Elçibəy mitinqdə yaralanıb - qardaşı Almuradın evində
29 avqust 1991-ci il, Elçibəy mitinqdə yaralanıb – qardaşı Almuradın evində
Soldan: Ramiz Rizayev, Eldar Salayev, Elçibəy, Rəsul Quliyev. 1991-ci il - Bakı ətrafı bağda
Soldan: Ramiz Rizayev, Eldar Salayev, Elçibəy, Rəsul Quliyev. 1991-ci il – Bakı ətrafı bağda
Elçibəy Türkiyəyə oxumağa gedən tələbələr arasında - sentyabr 1991-ci il
Elçibəy Türkiyəyə oxumağa gedən tələbələr arasında – sentyabr 1991-ci il
15 may 1992-ci il, mitinq
15 may 1992-ci il, mitinq
Allahşükür Paşazadə və Əbülfəz Elçibəy - 25 yanvar 1992-ci il
Allahşükür Paşazadə və Əbülfəz Elçibəy – 25 yanvar 1992-ci il
Əbülfəz Elçibəy və İsa Qəmbər Ali Sovetdə - may 1992-ci il
Əbülfəz Elçibəy və İsa Qəmbər Ali Sovetdə – may 1992-ci il

elçibəy

Əbülfəz Elçibəy Alparslan Türkeşlə Azadlıq meydanında - 3 may 1992-ci il
Əbülfəz Elçibəy Alparslan Türkeşlə Azadlıq meydanında – 3 may 1992-ci il

elçibəy

Prezidentin andiçmə mərasimi - 16 iyun 1992-ci il
Prezidentin andiçmə mərasimi – 16 iyun 1992-ci il
elçibəy
Prezidentin andiçmə mərasimi – 1992-ci il 16 iyun
Ukrayna prezidenti Kravşuk və Azərbaycan nümayəndə heyəti - İstanbul, 25 iyun 1992-ci il
Ukrayna prezidenti Kravşuk və Azərbaycan nümayəndə heyəti – İstanbul, 25 iyun 1992-ci il
1992-ci il
Sentyabr 1992-ci il – Prezident Əbülfəz Elçibəy
Milli Ordunun ilk paradında - 9 oktyabr 1992-ci il
Milli Ordunun ilk paradında – 9 oktyabr 1992-ci il
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə görüş
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerlə görüş
Elçibəy Boris Yeltsinlə Azərbaycan - Rusiya dövlətlərarası müqavilə imzalayır. Moskva - 12 oktyabr 1992-ci il
Elçibəy Boris Yeltsinlə Azərbaycan – Rusiya dövlətlərarası müqavilə imzalayır. Moskva – 12 oktyabr 1992-ci il

 

elçibəy
Azərbaycan prezidenti Əbülfəz Elçibəy və Rusiya prezidenti Boris Yeltsin
Elçibəy ABŞ Dövlət Departamentinin nümayəndəsi. R. Kozlariçi qəbul edərkən - 1992
Elçibəy ABŞ Dövlət Departamentinin nümayəndəsi. R. Kozlariçi qəbul edərkən – 1992
Solda Türkiyə prezidenti Turqut Özal, sağda baş nazir Süleyman Dəmirəl - Ankara - 29 oktyabr 1992-ci il
Solda Türkiyə prezidenti Turqut Özal, sağda baş nazir Süleyman Dəmirəl – Ankara – 29 oktyabr 1992-ci il
Qırğızıstan prezidenti Əsgər Akayevlə - Ankara - 30 dekabr 1992-ci il
Qırğızıstan prezidenti Əsgər Akayevlə – Ankara – 30 dekabr 1992-ci il
Soldan: İslam Kərimov, Elçibəy, Nursultan Nazarbayev (Ankara) - Türk cümhuriyyətlərinin zirvə toplantısı - 1992-ci il
Soldan: İslam Kərimov, Elçibəy, Nursultan Nazarbayev (Ankara) – Türk cümhuriyyətlərinin zirvə toplantısı – 1992-ci il
Əbülfəz Elçibəy Türkiyədə təhsil alan kursantlarla - 1992-ci il
Əbülfəz Elçibəy Türkiyədə təhsil alan kursantlarla – 1992-ci il
Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən - 1992-ci il
Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən – 1992-ci il
Əbülfəz Elçibəy və Heydər Əliyev - 1992-ci il
Əbülfəz Elçibəy və Heydər Əliyev – 1992-ci il
Nəsibə Zeynalovanı qəbul edərkən - 1992-ci il
Nəsibə Zeynalovanı qəbul edərkən – 1992-ci il
TRT-nin ç əkiliş qrupu ilə anidən AXC Ali Məclisinin sessiyasına qatılan Baris Manco Elçibəylə görüşdən sonra "Səhər" qəzetinin müxbiri İlhamə Qasımlıya müsahibə verir
TRT-nin ç əkiliş qrupu ilə anidən AXC Ali Məclisinin sessiyasına qatılan Baris Manco Elçibəylə görüşdən sonra “Səhər” qəzetinin müxbiri İlhamə Qasımlıya müsahibə verir
Eduard Şevardnadze ilə mətbuat konfransında.
Eduard Şevardnadze ilə mətbuat konfransında.
Əbülfəz Elçibəy Kələkidən Bakıya dönür - 30 oktyabr 1997-ci il
Əbülfəz Elçibəy Kələkidən Bakıya dönür – 30 oktyabr 1997-ci il
SİDSUH-un yaradılma mərasimi - 26 oktyabr 1998-ci il, Bakı
SİDSUH-un yaradılma mərasimi – 26 oktyabr 1998-ci il, Bakı
Elçibəy köməkçisi Oqtay Qasımovun toyunda - 2 aprel 1999-cu il
Elçibəy köməkçisi Oqtay Qasımovun toyunda – 2 aprel 1999-cu il
Elçibəyin kitablarının təqdimat mərasimi
Elçibəyin kitablarının təqdimat mərasimi
Flora Kərimova ilə
Flora Kərimova ilə
Əbülfəz Elçibəy və bəstəkar Arif Məlikov - 15 iyul 1999-cu il
Əbülfəz Elçibəy və bəstəkar Arif Məlikov – 15 iyul 1999-cu il
Elçibəy oğlu Ərturqutla (soldakı) - 1999-cu il
Elçibəy oğlu Ərturqutla (soldakı) – 1999-cu il
Əbülfəz Elçibəy qızı Çilənay xanımla
Əbülfəz Elçibəy qızı Çilənay xanımla

31

Əbülfəz Elçibəy və gənc cəbhəçilər
Əbülfəz Elçibəy və gənc cəbhəçilər
Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay və Xanım Xəlilova - Türkiyədə toy məclisində
Soldan 1-ci o vaxt siyasətdə o qədər də tanınmayan Rəcəb Tayyip Ərdoğan, daha sonra kinoaktyor Kadır İnanır, Əbülfəz bəy, müğənni Orhan Gencebay və Xanım Xəlilova – Türkiyədə toy məclisində
ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə - 20 may 2000-ci il
ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə – 20 may 2000-ci il
Əbülfəz Elçibəy ömrünün sonlarına yaxın
Əbülfəz Elçibəy ömrünün sonlarına yaxın
Heydər Əliyev və Murtuz Ələsgərov Elçibəyin dəfnində - avqust 2000-ci il
Heydər Əliyev və Murtuz Ələsgərov Elçibəyin dəfnində – avqust 2000-ci il
Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı
Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı – 2000-ci il
Əbülfəz Elçibəyin məzarı üstə heykəli
Əbülfəz Elçibəyin məzarı üstə heykəli