Elgiz Qəhrəman haqqında 4 aylıq həbs-qətimkan qərarı verilib

Nidaçı gənc Elgiz Qəhrəman haqqında Nərimanov Rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verilib.
Bu barədə gənc fəalın vəkili Nemət Kərimli məlumat verib.
Vəkil bildirib ki, Elgiz Qəhrəman Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Nemət Kərimlinin bildirdiyinə görə, nidaçı hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
Əvvəlki məqaləNidaçı gənc Elgiz Qəhrəman həbs olunub
Növbəti məqalədəNİDA Elgiz Qəhrəmanla bağlı bəyanat yaydı