Fələstinli gənclərdən Celtic’ə təşəkkür – VİDEO – FOTO

Şotlandiyanın köklü futbol klublarından Celtic’in azarkeş qrupu Green Brigade’in (Yaşıl Briqada) liderliyində başladılan yardım kampaniyasında 130 min funt toplanıb və bu pul fələstinlilərə çatdırılıb. Bağışlanan pul, tibbi yardım ilə Beytüllahim şəhərindəki Aida Mühacir düşərgəsində bərabər olaraq paylaşdırılacaq.
Qeyd edək ki, “Celtic” ilə “Hapoel Beer-Sheva” (İsrail) arasında 17 Avqustda oynanılan UEFA Çempionlar Liqası play-off matçında, “Celtic” azarkeşləri qarşılaşmadan əvvəl Fələstin bayraqları açmışdı. UEFA da hadisə ilə əlaqədar intizam cəzası veriləcəyini elan etmişdi. 
Açıqlanan bu qərardan sonra “Celtic” tərəfdarları UEFA-ya cavab olaraq öz aralarında pul yığıb fələstinlilərə çatdırmağı hədəfləyirdi.

704457_65131_18082016105841_0

celtic