Fransada qatar qəzaya uğrayıb, 13 nəfər xəsarət alıb

Fransada dəhşətli qəza baş verib.
Monpelye və Nim şəhərləri arasında hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb. Yerli telekanalların verdiyi ilkin məlumatlara görə, qatarda 200 nəfər sərnişin olub. Onlardan 50 nəfərə tibbi yardım göstərildiyi, 3 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, qəzanın meydana gəlməsinə səbəb qasırğa zamanı relslərin üstünə düşən ağac olub.