Futbol tarixinin ən bahalı transferi baş tutub

Fransalı futbolçu Poul Pogbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi futbol tarixində ən bahalı transfer olub.
“Yuventus” klubunun rəsmi saytında yayılan məlumata görə, ingilis klubu 2 il ərzində 105 milyon avro ödəyəcək.
Pogaba 5 ildən sonra yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, “Yuventus” daha 5 milyon avro qazanacaq.
Poqba isə yeni klubundan bir ilinə 12 milyon avro qazanacaq. Bu transferin 20 milyon avrosu isə futbolçunun agenti Mino Rayola çatır. Hər klubdan 10 milyon avro.