“Gezi Parkı”nda öldürülən gəncin adına təqaüd veriləcək

Türkiyədə baş verən Gezi Parkı hadisələri zamanı Eskişehirdə polis tərəfindən döyülərək öldürülən 19 yaşlı Ali İsmail Korkmazın adına tələbə təqaüdü veriləcək.
Korkmaz ailəsi tərəfindən qurulan fond iki ildən çoxdur bu sahədə işlər görür və gənclərin ictimai fəaliyyətlərinə dəstək verir. Fondun adı Ali İsmail Korkmaz Vəqfidir (ALİKEV). Fond indi də hamısı ianələrdən formalaşan təqaüd elan edib.
Təqaüd bu il 30 universitet və 10 litsey olmaqla ümumi 40 şagirdin təhsilə yardım göstərəcək.
“Gənc fidanlardan bir orman yaradacağıq” sloqanı ilə fəaliyyət göstərən fond “yarpaq, ağac və orman” adlarında üç növ təqaüd verəcək. Fonda dəstək olmaq istəyənlər isə alikev.org internet saytına müraciət edə bilər.